BOKT «Azpul» MMC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 18 Sentyabr 2020-ci il tarixli BKT-34 lisenziyası əsasında fəaliyyət göstərir.
Xəbərlər
BOKT “Azpul” MMC kiberidman sahəsində əməkdaşlığa başlayır
Azərbaycanda korporativ kiberidmanın inkişafı istiqamətində
yeni mərhələ başlayır. Yaxın zamanda Counter-Strike 2 üzrə
korporativ turnir start götürəcək. Yarışda 64 komandanın
iştirakı nəzərdə tutulur və ümumi mükafat fondu 10 000 AZN
təşkil edir.
02.03.2026
BOKT “Azpul” MMC kiberidman sahəsində əməkdaşlığa başlayır
Azərbaycanda korporativ kiberidmanın inkişafı istiqamətində yeni mərhələ başlayır. Yaxın zamanda Counter-Strike 2 üzrə korporativ turnir start götürəcək. Yarışda 64 komandanın iştirakı nəzərdə tutulur və ümumi mükafat fondu 10 000 AZN təşkil edir.
Hazırda qeydiyyat mərhələsi davam edir. Şərtlər və qaydalarla qeyd olunan link vasitəsilə tanış olmaq mümkündür: cyberplus.az
BOKT “Azpul” MMC rəsmi sponsor qismində layihəyə dəstək verir və bununla da kiberidman ekosistemi ilə əməkdaşlığa başlayır. Şirkət rəqəmsal mühitdə innovativ təşəbbüslərin və gənclər arasında sürətlə inkişaf edən istiqamətlərin dəstəklənməsini prioritet hesab edir.
Son illərdə kiberidman qlobal miqyasda sürətlə böyüyən sənaye sahəsinə çevrilib. Beynəlxalq analitik hesabatlara əsasən, dünya üzrə e-idman auditoriyası yüz milyonlarla istifadəçini əhatə edir və illik gəlirlər davamlı artım dinamikası nümayiş etdirir. Azərbaycan da bu trendlərdən kənarda qalmır. Yerli turnirlər, korporativ liqalar və peşəkar komandalar rəqəmsal idmana marağın artdığını göstərir.
BOKT “Azpul” MMC hesab edir ki, korporativ kiberidman platformaları komanda ruhunun formalaşmasına, strateji düşüncənin inkişafına və biznes icması arasında yeni əməkdaşlıq imkanlarının yaranmasına töhfə verir.
BOKT “Azpul” MMC-nin sponsorluğu ilə kişilər arasında
keçirilən bilyard yarışı başa çatdı
21-23 fevral 2026-cı il tarixlərində BOKT “Azpul” MMC-nin
sponsorluğu ilə Heydər Əliyev adına Konsert və İdman
Kompleksində kişilər arasında bilyard üzrə Dinamik Piramida
yarışı keçirilib. Turnir Azərbaycan Bilyard Federasiyası və
Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə
təşkil olunub.
26.02.2026
BOKT “Azpul” MMC-nin sponsorluğu ilə kişilər arasında keçirilən bilyard yarışı başa çatdı
21-23 fevral 2026-cı il tarixlərində BOKT “Azpul” MMC-nin sponsorluğu ilə Heydər Əliyev adına Konsert və İdman Kompleksində kişilər arasında bilyard üzrə Dinamik Piramida yarışı keçirilib. Turnir Azərbaycan Bilyard Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə təşkil olunub.
Turnirdə ümumilikdə 63 idmançı iştirak edib. Üç gün davam edən yarış gərgin və maraqlı mübarizə şəraitində keçib. İştirakçılar yüksək texnika, dəqiqlik və peşəkarlıq nümayiş etdirərək tamaşaçılara dinamik və rəqabətli oyunlar təqdim ediblər.
Turnirin yekun nəticələrinə əsasən 1-ci yerə Ceyhun Əmrahov, 2-ci yerə Vasif Məmmədov, 3-cü yerlərə isə Cahangir Abbasəliyev və Rufin Süleymanov layiq görülüblər. Qaliblər diplom və mükafatlarla təltif olunublar.
BOKT “Azpul” MMC ölkədə idmanın inkişafına və sağlam həyat tərzinin təşviqinə yönəlmiş layihələrə dəstəyini davam etdirir. Şirkət sosial məsuliyyət çərçivəsində gənclərin və idmançıların inkişafına töhfə verən təşəbbüslərdə fəal iştirak edir.
Qalibləri təbrik edir, bütün iştirakçılara növbəti yarışlarda uğurlar arzulayırıq!
BOKT “Azpul” MMC Əliağa Vahidin xatirəsinə həsr olunmuş
meyxana konsertinə tərəfdaşlıq edib
Bakının Sea Breeze ərazisində görkəmli Azərbaycan şairi
Əliağa Vahidin doğum gününə həsr olunmuş meyxana konserti
keçirilib. Milli söz sənətinə həsr olunan tədbirin
tərəfdaşlarından biri kimi BOKT “Azpul” MMC çıxış edib.
20.02.2026
BOKT “Azpul” MMC Əliağa Vahidin xatirəsinə həsr olunmuş meyxana konsertinə tərəfdaşlıq edib
Bakının Sea Breeze ərazisində görkəmli Azərbaycan şairi Əliağa Vahidin doğum gününə həsr olunmuş meyxana konserti keçirilib. Milli söz sənətinə həsr olunan tədbirin tərəfdaşlarından biri kimi BOKT “Azpul” MMC çıxış edib.
Konsert proqramı çərçivəsində ölkənin tanınmış meyxana ustaları və estrada ulduzları eyni səhnədə bir araya gələrək tamaşaçılara zəngin və dinamik proqram təqdim ediblər. Səhnədə baş tutan improvizasiya üzərində qurulan söz duelləri, canlı ifalar və tamaşaçı ilə qurulan birbaşa ünsiyyət tədbirin əsas məqamlarından biri kimi yadda qalıb.
Tədbir zamanı meyxana ustaları poetik improvizasiya, qafiyə ustalığı və aktual mövzulara yaradıcı yanaşma ilə milli söz sənətinin özünəməxsus xüsusiyyətlərini nümayiş etdiriblər.
Qeyd edək ki, meyxana Azərbaycan şifahi poeziya ənənələrinin mühüm tərkib hissəsi olmaqla yanaşı, improvizasiya və qafiyə ustalığı üzərində qurulan nadir söz sənəti növlərindən biri hesab olunur. Bu sənət növü uzun illərdir ki, ölkənin mədəni həyatında özünəməxsus yer tutur və geniş auditoriyanın diqqətini cəlb edir.
BOKT “Azpul” MMC tərəfindən göstərilən tərəfdaşlıq dəstəyi milli mədəni irsin qorunması və təbliği məqsədi daşıyır. Şirkət mədəni və ictimai təşəbbüslərin dəstəklənməsini korporativ sosial məsuliyyət fəaliyyətinin mühüm istiqamətlərindən biri hesab edir.
BOKT “Azpul” MMC gələcəkdə də mədəniyyət, yaradıcılıq və ictimai layihələrin həyata keçirilməsinə dəstək göstərməyi planlaşdırır.
Rəqəmlər danışır: maliyyə davranışlarımız necə dəyişir?
Son illərdə Azərbaycanda maliyyə xidmətlərindən istifadə
forması ciddi şəkildə dəyişib. Rəqəmsal həllərin geniş
yayılması rahatlıq yaratsa da, statistik göstəricilər yeni
risk və vərdişlərin də formalaşdığını göstərir.
23.01.2026
Rəqəmlər danışır: maliyyə davranışlarımız necə dəyişir?
Son illərdə Azərbaycanda maliyyə xidmətlərindən istifadə forması ciddi şəkildə dəyişib. Rəqəmsal həllərin geniş yayılması rahatlıq yaratsa da, statistik göstəricilər yeni risk və vərdişlərin də formalaşdığını göstərir.
Paytaxt və iri şəhər ərazilərində ödənişlərin təxminən 80% nağdsız formada həyata keçirilir. Bu göstərici Mərkəzi Bankın açıqladığı məlumatlarda əksini tapır və POS-terminalların, mobil tətbiqlərin və QR-ödənişlərin artımı ilə təsdiqlənir. Nağdsız ödənişlər gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib.
Araşdırmalara görə, istifadəçilərin təxminən 70% maliyyə xidmətini seçərkən şərtlərdən daha çox sürətə üstünlük verir. “Fintex” platformalarının analitik hesabatları göstərir ki, ən sadə və az addımlı xidmətlər daha yüksək istifadəçi cəlbi yaradır. Bu isə qərarların bəzən kifayət qədər düşünülmədən verilməsinə səbəb olur.
Maraqlı məqamlardan biri də odur ki, istifadəçilərin hər iki nəfərdən biri ən azı bir dəfə səhv pulköçürmə ilə qarşılaşıb. Bu fakt ödəniş sistemlərinin dəstək xidmətlərinə edilən müraciətlər və istifadəçi sorğuları ilə təsdiqlənir. Əsas səbəblər kimi tələskənlik və diqqətsizlik göstərilir.
Müşahidələrə əsasən, maliyyə sahəsində daxil olan müraciətlərin 30-35% onlayn risklərlə bağlıdır. Şübhəli linklər, aldadıcı elanlar və qeyri-şəffaf təkliflər bu müraciətlərin əsas mövzularını təşkil edir. Rəqəmsal aktivliyin artması bu cür halların da çoxalmasına gətirib çıxarır.
Eyni zamanda, aparılan monitorinqlər göstərir ki, “sürətli qazanc” vədi verən elanların təxminən 60% risk əlamətləri daşıyır. Sosial şəbəkələr və reklam platformalarında aparılan yoxlamalar bu cür məzmunların tez-tez silindiyini və ya məhdudlaşdırıldığını göstərir.
Statistikaya görə, endirim və bayram ərəfələrində maliyyə ilə bağlı şikayətlərin sayı 25-40% artır. Bu müddətdə impulsiv qərarların artması və diqqətin azalması əsas faktor kimi göstərilir. Oxşar dinamika hər il təkrarlanır.
Son beş ildə maliyyə tətbiqlərindən istifadə edənlərin sayı təxminən 90% artıb. Bu göstərici sektor üzrə hesabatlar və mobil platformaların statistikaları ilə təsdiqlənir. Rəqəmsal maliyyə xidmətləri artıq geniş auditoriya üçün əsas alətə çevrilib.
Bununla yanaşı, sorğular göstərir ki, istifadəçilərin təxminən 33% xidmət şərtlərini oxumadan qəbul edir. UX və davranış araşdırmalarına görə, ən çox diqqətdən kənarda qalan məqamlar ödənişlər və məsuliyyətlə bağlı bəndlərdir.
Mütəxəssislər hesab edirlər ki, rəqəmlərin göstərdiyi bu mənzərə maliyyə savadlılığının və diqqətli qərarvermənin əhəmiyyətini bir daha ön plana çıxarır.
Azpul-un rəsmi xəbər kanalları artıq WhatsApp və Telegram-da
aktivdir
WhatsApp BOKT “Azpul” MMC artıq və
Telegram sosial şəbəkə platformalarında
rəsmi xəbər kanallarını istifadəyə verdi. Bu kanallar
vasitəsilə siz şirkətimizin yenilikləri, xidmətlərimizdəki
dəyişikliklər, kampaniyalar və maliyyə sahəsi ilə bağlı
faydalı məlumatlardan operativ şəkildə xəbərdar ola
bilərsiniz.
10.12.2025
Azpul-un rəsmi xəbər kanalları artıq WhatsApp və Telegram-da aktivdir
WhatsApp BOKT “Azpul” MMC artıq və Telegram sosial şəbəkə platformalarında rəsmi xəbər kanallarını istifadəyə verdi. Bu kanallar vasitəsilə siz şirkətimizin yenilikləri, xidmətlərimizdəki dəyişikliklər, kampaniyalar və maliyyə sahəsi ilə bağlı faydalı məlumatlardan operativ şəkildə xəbərdar ola bilərsiniz.
Sizi rəsmi kanallarımıza qoşulmağa dəvət edirik. Abunə olaraq Azpulmat haqqında ən son məlumatları birbaşa mobil cihazınızdan izləyə bilərsiniz.
https://t.me/azpulnews - Telegram kanalımız
https://shorturl.at/HfbWM - WhatsApp kanalımız
Azpul-ın sponsorluğu ilə ölkəmizdə ilk dəfə “Snuker”
Azərbaycan Çempionatı keçirildi.
BOKT “Azpul” MMC-nin sponsorluğu, Azərbaycan Bilyard
Federasiyasının (ABF) təşkilatçılığı və Gənclər və İdman
Nazirliyinin dəstəyi ilə ölkəmizdə ilk dəfə “Snuker” bilyard
idman növü üzrə Azərbaycan çempionatı uğurla təşkil olundu.
10.09.2025
Azpul-ın sponsorluğu ilə ölkəmizdə ilk dəfə “Snuker” Azərbaycan Çempionatı keçirildi.
BOKT “Azpul” MMC-nin sponsorluğu, Azərbaycan Bilyard Federasiyasının (ABF) təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ölkəmizdə ilk dəfə “Snuker” bilyard idman növü üzrə Azərbaycan çempionatı uğurla təşkil olundu.
Heydər Əliyev adına İdman-Konsert Kompleksində baş tutan mötəbər turnirdə ümumilikdə 32 snuker həvəskarı və peşəkar idmançı bir araya gələrək yaddaqalan yarış gününün şahidi oldular.
Gərgin və maraqlı qarşılaşmaların nəticələrinə əsasən qaliblər aşağıdakı kimi müəyyənləşdi:
1-ci yer – Rzayev Orxan, möhtəşəm oyun nümayiş etdirərək çempion oldu.
2-ci yer – Həsənov Fəxrəddin, güclü rəqiblərini məğlub edərək ikinci yeri qazandı.
3-cü yer – Namazov Turac və Rzayev Azər üçüncü yerin qalibləri oldular.
Turnir həm idmançılar, həm də tamaşaçılar üçün snukerin Azərbaycanda inkişafı baxımından mühüm hadisə kimi qiymətləndirildi.
BOKT “Azpul” MMC olaraq, ölkəmizdə idmanın inkişafına dəstək verməkdən qürur duyuruq və gələcəkdə də müxtəlif idman layihələrinin sponsorluğunu davam etdirməyi hədəfləyirik.
Yay mövsümün növbəti "Giveaway"-i
Yay mövsümü davam edir. Bu isə o deməkdir ki, növbəti
möhtəşəm “GIVEAWAY” yarışmasına start veririk! Bu dəfə nə
az, nə çox — düz 15 nəfər qalib olacaq. Qaliblər
supermarketdə alış-veriş etmək üçün 100 AZN-lik hədiyyə
kartı qazanacaqlar.
28.04.2025
Yay mövsümün növbəti "Giveaway"-i
Yay mövsümü davam edir. Bu isə o deməkdir ki, növbəti möhtəşəm “GIVEAWAY” yarışmasına start veririk! Bu dəfə nə az, nə çox — düz 15 nəfər qalib olacaq. Qaliblər supermarketdə alış-veriş etmək üçün 100 AZN-lik hədiyyə kartı qazanacaqlar.
Şərtlərimiz dəyişməz olaraq qalır.
1️⃣ @azpul_promo instagram səhifəmizə abunə olun.
2️⃣ Bu paylaşımı bəyənin və 2 dostunuzu şərh bölməsində qeyd edin.
3️⃣ Qaliblər arasında olmaq şansını əldə edin! 🤞
📅 06.08.2025-ci il tarixində 15 qalib təsadüfi seçim əsasında müəyyən olunacaq və rəsmi Instagram səhifəmizdə elan ediləcək.
İştirak edin, qalib gəlin və yeniliklərdən xəbərdar olmaq üçün bizi izləməyə davam edin!
BOKT “Azpul” MMC xüsusi qayğıya ehtiyac olan uşaqlar üçün
xeyriyyə tədbiri təşkil etdi
BOKT “Azpul” MMC-nin komandası Şağan qəsəbəsində yerləşən 1
saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial Xidmət
Müəssisəsini ziyarət edib. Səfər çərçivəsində uşaqları
sevindirmək və onlara dəstək olmaq məqsədilə xeyriyyə
proqramı təşkil olunmuşdur.
23.01.2025
BOKT “Azpul” MMC xüsusi qayğıya ehtiyac olan uşaqlar üçün xeyriyyə tədbiri təşkil etdi
BOKT “Azpul” MMC-nin komandası Şağan qəsəbəsində yerləşən 1 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsini ziyarət edib. Səfər çərçivəsində uşaqları sevindirmək və onlara dəstək olmaq məqsədilə xeyriyyə proqramı təşkil olunmuşdur.
Uşaqlar üçün interaktiv müsabiqələr, musiqili və rəqs proqramları, eləcə də müxtəlif əyləncəli fəaliyyətlər həyata keçirilib. Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olunub. Hədiyyələr, maraqlı müsabiqələr, rəqslər, mahnılar və əyləncələrlə dolu bu gün uşaqların üzündə parlaq təbəssümlər yaratdı.
BOKT “Azpul” MMC şirkəti inanır ki, hər bir uşaq istənilən şəraitdə qayğı, sevgi və xoşbəxt uşaqlıq yaşamağa layiqdir. Bu kimi sosial təşəbbüslər şirkətin korporativ sosial məsuliyyətinin əsas istiqamətlərindən biridir və gələcəkdə də davam etdiriləcəkdir.
BOKT “Azpul” MMC-nin sponsorluğu ilə ölkəmizdə peşəkar döyüş
turniri keçirilib
BOKT “Azpul” MMC-nin sponsorluğu, peşəkar idmançı Zabit
Səmədovun təşkilatçılığı ilə Bakıda MMA və “K-1” qaydaları
üzrə peşəkar döyüşlər keçirilib.
07.10.2024
BOKT “Azpul” MMC-nin sponsorluğu ilə ölkəmizdə peşəkar döyüş turniri keçirilib
BOKT “Azpul” MMC-nin sponsorluğu, peşəkar idmançı Zabit Səmədovun təşkilatçılığı ilə Bakıda MMA və “K-1” qaydaları üzrə peşəkar döyüşlər keçirilib.
Yarışda 20 idmançı öz bacarıqlarını göstərərək çempion titulu uğrunda mübarizə aparıb. Gecənin əsas döyüşü azərbaycanlı idmançı Məhəmmədəli Osmanlı və mərakeşli Ömər Aşur arasında baş tutub. Görüşdə həmyerlimiz texniki nokautla qalib gəlib.
Qeyd edək ki, ölkəmizdə idmanın və gənclərin inkişafına dəstək BOKT “Azpul” MMC-nin prioritet fəaliyyət istiqamətlərindən biridir.
BOKT “Azpul” MMC-nin sponsorluğu ilə bilyard üzrə ölkə
çempionatı keçirildi
17–19 may 2025-ci il tarixlərində BOKT “Azpul” MMC-nin
sponsorluğu, Azərbaycan Bilyard Federasiyasının
təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər və
İdman Nazirliyinin dəstəyi ilə ölkədə növbəti dəfə Sərbəst
Piramida üzrə Azərbaycan çempionatı uğurla keçirildi.
23.05.2025
BOKT “Azpul” MMC-nin sponsorluğu ilə bilyard üzrə ölkə çempionatı keçirildi
17–19 may 2025-ci il tarixlərində BOKT “Azpul” MMC-nin sponsorluğu, Azərbaycan Bilyard Federasiyasının təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ölkədə növbəti dəfə Sərbəst Piramida üzrə Azərbaycan çempionatı uğurla keçirildi.
3 gün davam edən və yüksək rəqabət şəraitində keçən yarışda ölkənin aparıcı bilyard ustaları bir araya gələrək öz bacarıqlarını nümayiş etdirdilər. Peşəkar oyunlar və gərgin mübarizələr fonunda başa çatan turnirdə qaliblər aşağıdakı kimi müəyyənləşdi:
Abbasəliyev Cahangir – Qızıl medal və ölkə çempionu titulu
Rəhimov Mirsəlim – Gümüş medal
Əkbərov Məhəmməd və Rzayev Emil – Bürünc medal
BOKT “Azpul” MMC qalibləri təbrik edir, onlara beynəlxalq arenada uğurlar arzulayır!
Qeyd edək ki, BOKT “Azpul” MMC hər zaman sağlam həyat tərzinin və idmanın tərəfdarı olaraq, yerli turnirlərin dəstəklənməsində fəal iştirak edir və bu istiqamətdə fəaliyyətini davam etdirəcək.
BOKT “Azpul” MMC genişmiqyaslı ağacəkmə aksiyasında iştirak
edib
BOKT “Azpul” MMC-nin tərəfdaşlığı, Azərbaycan Respublikası
Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və
Azərbaycan Mikromaliyyə Assosiasiyası-nın təşkilatçılığı ilə
25 aprel 2025-ci il tarixində Ümummilli Lider Heydər
Əliyevin 100 illik yubileyi münasibətilə 2023-cü ildən
etibarən həyata keçirilən növbəti genişmiqyaslı ağacəkmə
aksiyası keçirildi.
28.04.2025
BOKT “Azpul” MMC genişmiqyaslı ağacəkmə aksiyasında iştirak edib
BOKT “Azpul” MMC-nin tərəfdaşlığı, Azərbaycan Respublikası Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Mikromaliyyə Assosiasiyası-nın təşkilatçılığı ilə 25 aprel 2025-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə 2023-cü ildən etibarən həyata keçirilən növbəti genişmiqyaslı ağacəkmə aksiyası keçirildi.
Tədbirin məqsədi ölkə ərazisində 10 il ərzində 1 milyon ağacın əkilməsi yolu ilə ekoloji tarazlığın qorunmasına və yaşıllıq sahələrinin artırılmasına töhfə verməkdir.
Aksiyada Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov, Mərkəzi Bank sədrinin müavini Gülər Paşayeva, AMFA-nın Müşahidə Şurasının sədri Cəlal Əliyev və Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev də iştirak edərək tədbirin əhəmiyyətinə diqqət yönəltmişlər.
BOKT "Azpul" MMC şirkəti ətraf mühitin qorunmasına və yaşıl təşəbbüslərin dəstəklənməsinə önəm verərək, bu kimi sosial layihələrdə yaxından iştirakını davam etdirir.