bg

BOKT Azpul-a
xoş gəlmisiniz!

BOKT «Azpul» MMC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 18 Sentyabr 2020-ci il tarixli BKT-34 lisenziyası əsasında fəaliyyət göstərir.

Xəbərlər

news-1

Azpul-ın sponsorluğu ilə ölkəmizdə ilk dəfə “Snuker” Azərbaycan Çempionatı keçirildi.

BOKT “Azpul” MMC-nin sponsorluğu, Azərbaycan Bilyard Federasiyasının (ABF) təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ölkəmizdə ilk dəfə “Snuker” bilyard idman növü üzrə Azərbaycan çempionatı uğurla təşkil olundu.

Calendar 10.09.2025

Heydər Əliyev adına İdman-Konsert Kompleksində baş tutan mötəbər turnirdə ümumilikdə 32 snuker həvəskarı və peşəkar idmançı bir araya gələrək yaddaqalan yarış gününün şahidi oldular.


Gərgin və maraqlı qarşılaşmaların nəticələrinə əsasən qaliblər aşağıdakı kimi müəyyənləşdi:

1-ci yer – Rzayev Orxan, möhtəşəm oyun nümayiş etdirərək çempion oldu.

2-ci yer – Həsənov Fəxrəddin, güclü rəqiblərini məğlub edərək ikinci yeri qazandı.

3-cü yer – Namazov Turac və Rzayev Azər üçüncü yerin qalibləri oldular.


Turnir həm idmançılar, həm də tamaşaçılar üçün snukerin Azərbaycanda inkişafı baxımından mühüm hadisə kimi qiymətləndirildi.

BOKT “Azpul” MMC olaraq, ölkəmizdə idmanın inkişafına dəstək verməkdən qürur duyuruq və gələcəkdə də müxtəlif idman layihələrinin sponsorluğunu davam etdirməyi hədəfləyirik.

news-2

Yay mövsümün növbəti "Giveaway"-i

Yay mövsümü davam edir. Bu isə o deməkdir ki, növbəti möhtəşəm “GIVEAWAY” yarışmasına start veririk! Bu dəfə nə az, nə çox — düz 15 nəfər qalib olacaq. Qaliblər supermarketdə alış-veriş etmək üçün 100 AZN-lik hədiyyə kartı qazanacaqlar.

Calendar 28.04.2025

Şərtlərimiz dəyişməz olaraq qalır.


1️⃣ @azpul_promo instagram səhifəmizə abunə olun.

2️⃣ Bu paylaşımı bəyənin və 2 dostunuzu şərh bölməsində qeyd edin.

3️⃣ Qaliblər arasında olmaq şansını əldə edin! 🤞

📅 06.08.2025-ci il tarixində 15 qalib təsadüfi seçim əsasında müəyyən olunacaq və rəsmi Instagram səhifəmizdə elan ediləcək.

İştirak edin, qalib gəlin və yeniliklərdən xəbərdar olmaq üçün bizi izləməyə davam edin!

news-3

BOKT “Azpul” MMC xüsusi qayğıya ehtiyac olan uşaqlar üçün xeyriyyə tədbiri təşkil etdi

BOKT “Azpul” MMC-nin komandası Şağan qəsəbəsində yerləşən 1 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsini ziyarət edib. Səfər çərçivəsində uşaqları sevindirmək və onlara dəstək olmaq məqsədilə xeyriyyə proqramı təşkil olunmuşdur.

Calendar 23.01.2025

Uşaqlar üçün interaktiv müsabiqələr, musiqili və rəqs proqramları, eləcə də müxtəlif əyləncəli fəaliyyətlər həyata keçirilib. Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olunub. Hədiyyələr, maraqlı müsabiqələr, rəqslər, mahnılar və əyləncələrlə dolu bu gün uşaqların üzündə parlaq təbəssümlər yaratdı.


BOKT “Azpul” MMC şirkəti inanır ki, hər bir uşaq istənilən şəraitdə qayğı, sevgi və xoşbəxt uşaqlıq yaşamağa layiqdir. Bu kimi sosial təşəbbüslər şirkətin korporativ sosial məsuliyyətinin əsas istiqamətlərindən biridir və gələcəkdə də davam etdiriləcəkdir.

news-4

BOKT “Azpul” MMC-nin sponsorluğu ilə ölkəmizdə peşəkar döyüş turniri keçirilib

BOKT “Azpul” MMC-nin sponsorluğu, peşəkar idmançı Zabit Səmədovun təşkilatçılığı ilə Bakıda MMA və “K-1” qaydaları üzrə peşəkar döyüşlər keçirilib.

Calendar 07.10.2024

Yarışda 20 idmançı öz bacarıqlarını göstərərək çempion titulu uğrunda mübarizə aparıb. Gecənin əsas döyüşü azərbaycanlı idmançı Məhəmmədəli Osmanlı və mərakeşli Ömər Aşur arasında baş tutub. Görüşdə həmyerlimiz texniki nokautla qalib gəlib.

Qeyd edək ki, ölkəmizdə idmanın və gənclərin inkişafına dəstək BOKT “Azpul” MMC-nin prioritet fəaliyyət istiqamətlərindən biridir.

news-5

BOKT “Azpul” MMC-nin sponsorluğu ilə bilyard üzrə ölkə çempionatı keçirildi

17–19 may 2025-ci il tarixlərində BOKT “Azpul” MMC-nin sponsorluğu, Azərbaycan Bilyard Federasiyasının təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ölkədə növbəti dəfə Sərbəst Piramida üzrə Azərbaycan çempionatı uğurla keçirildi.

Calendar 23.05.2025

3 gün davam edən və yüksək rəqabət şəraitində keçən yarışda ölkənin aparıcı bilyard ustaları bir araya gələrək öz bacarıqlarını nümayiş etdirdilər. Peşəkar oyunlar və gərgin mübarizələr fonunda başa çatan turnirdə qaliblər aşağıdakı kimi müəyyənləşdi:


Abbasəliyev Cahangir – Qızıl medal və ölkə çempionu titulu

Rəhimov Mirsəlim – Gümüş medal

Əkbərov Məhəmməd və Rzayev Emil – Bürünc medal


BOKT “Azpul” MMC qalibləri təbrik edir, onlara beynəlxalq arenada uğurlar arzulayır!

Qeyd edək ki, BOKT “Azpul” MMC hər zaman sağlam həyat tərzinin və idmanın tərəfdarı olaraq, yerli turnirlərin dəstəklənməsində fəal iştirak edir və bu istiqamətdə fəaliyyətini davam etdirəcək.

news-6

BOKT “Azpul” MMC genişmiqyaslı ağacəkmə aksiyasında iştirak edib

BOKT “Azpul” MMC-nin tərəfdaşlığı, Azərbaycan Respublikası Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Mikromaliyyə Assosiasiyası-nın təşkilatçılığı ilə 25 aprel 2025-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə 2023-cü ildən etibarən həyata keçirilən növbəti genişmiqyaslı ağacəkmə aksiyası keçirildi.

Calendar 28.04.2025

Tədbirin məqsədi ölkə ərazisində 10 il ərzində 1 milyon ağacın əkilməsi yolu ilə ekoloji tarazlığın qorunmasına və yaşıllıq sahələrinin artırılmasına töhfə verməkdir.


Aksiyada Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov, Mərkəzi Bank sədrinin müavini Gülər Paşayeva, AMFA-nın Müşahidə Şurasının sədri Cəlal Əliyev və Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev də iştirak edərək tədbirin əhəmiyyətinə diqqət yönəltmişlər.


BOKT "Azpul" MMC şirkəti ətraf mühitin qorunmasına və yaşıl təşəbbüslərin dəstəklənməsinə önəm verərək, bu kimi sosial layihələrdə yaxından iştirakını davam etdirir.