2.1.3 Cəmiyyət şəxsi məlumatları ya birbaşa Müştərinin özündən, ya da onun razılığı əsasında
üçüncü şəxslərdən əldə edir;
2.1.4 Şəxsiyyətə aid məlumatların emalı zamanı şəxsiyyətə aid məlumatların dəqiqliyi, onların
kifayət qədər olması təmin olunur, lazım olan hallarda isə şəxsiyyətə aid məlumat emalı
məqsədlərinə dair aktuallığı təmin olunur. Cəmiyyət tərəfindən natamam və ya qeyri-dəqiq
məlumatların məhv edilməsi (silinməsi) və ya dəqiqləşdirilməsi üzrə lazımi tədbirlər həyata
keçirilir.
2.2. Məlumat subyektlərinin şəxsiyyətə aid məlumatların emalı Cəmiyyət tərəfindən Kredit
əməliyyatlarının həyata keçirilməsi, Kredit təşkilatının qaydaları ilə müəyyən olunan Müştərilərə
хidmətin operativliyinin və keyfiyyətinin artırılması, həmçinin Azərbaycan Respublikası
qanunvericiliyinin normalarının icra olunması məqsədi ilə həyata keçirilir.
2.3. Müştəri razılıq verir və Cəmiyyət tərəfindən Müştərilərin Şəxsiyyəti təsdiq
edən məlumatlarının aşağıdakı kateqoriyaları emal olunur:
2.3.1. Xidmətlərin göstərilməsi ilə birbaşa əlaqəli məlumatlar, o cümlədən kredit müqaviləsinə
dair məlumatlar;
2.3.2. Soyad, ad, ata adı, şəxsi identifikasiya nömrəsi, şəxsiyyəti təsdiq edən sənədin rekvizitləri,
doğum tarixi, vətəndaşlıq, daimi və ya müvəqqəti yaşayış ünvanı - Müştərinin şəxsiyyətinin
identifikasiyası, məlumatların dövlət və tərəfdaş bazaları/reyestrlərində düzgünlüyünün
yoxlanılması, habelə dələduzluğun qarşısının alınması və Azərbaycan Respublikasının Mülki
Məcəlləsinin tələblərinə uyğun olaraq kredit müqaviləsinin bağlanması məqsədi ilə istifadə olunur.
2.3.3. Müştərinin telefon nömrələri - Tətbiqdə və saytda qeydiyyat, Müştərinin autentifikasiyası,
şəxsi kabinetdə etdiyi əməliyyatların təsdiqi, ödəniş tarixi və/və ya borcun mövcudluğu barədə
xatırlatmalar, eləcə də Cəmiyyətin məhsulları və aksiyaları haqqında məlumatlandırıcı bildirişlərin
göndərilməsi məqsədilə istifadə olunur.
2.3.4. Elektron poçt ünvanı (e-mail) - Cəmiyyətin məhsulları və aksiyaları barədə reklam və
məlumatlandırıcı bildirişlərin göndərilməsi məqsədilə istifadə olunur.
2.3.5. Kredit müraciəti zamanı yaradılan foto və video materiallar yalnız Müştərinin
şəxsiyyətinin təsdiqi və Azərbaycan Respublikasının Mərkəzi Bankının 4 fevral 2022-ci il tarixli
04/2 nömrəli Qərarı ilə təsdiq edilmiş, «Bank hesablarının açılması, aparılması və bağlanması
Qaydaları»nın (https://e-qanun.az/framework/49456) 5-ci bölməsinin şərtlərinə riayət edilməklə,
«Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydaları»nın (https://e-
qanun.az/framework/58303) 5.8-ci bəndində nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi
məqsədilə istifadə olunur.